Men nece deyim ki sevirem seni

Men nece deyim ki sevirem seni


Sənin həyatını izləyəcəyəm,
Hər zaman yolunu gözləyəcəyəm
Sevgimi ömürlük gizləyəcəyəm,
Açılmaz sirr kimi, gizli sirr kimi,
Mən necə deyim ki, sevirəm səni...
Bəlkə də gizlində qalsa yaxşıdı,
Qəlbimi qəm-qüssə alsa yaxşıdı,
Azacıq ümidim olsa yaxşıdı,
Bir gün dərk edərsən mənim sevgimi
Mən necə deyim ki, sevirəm səni...
Etiraf etməyir çoxu sevgini,
Sancılıb köksümə oxu sevginin,
Bacar, gözlərimdən oxu sevgini,
Əgər arif olsan, anlarsan məni,
Mən necə deyim ki, sevirəm səni...
Sevirəm deməyə mən utanıram,
Səni hər dəqiqə, inan anıram,
Səni sevdiyimi məcbur danıram,
Dalğalar dənizi sevdiyi kimi,
Mən necə deyim ki, sevirəm səni...
İstərəm, əzizim, sevəsən məni,
Gizli hisslərimi, gizli eşqimi,
Qoruyub saxlaram məhəbbətini
Ölsəm, əmr olunsa, de, son kəlməni
Mən necə deyim ki, sevirəm səni...
Cəmi 4621 nəfər oxuyub
Bəyənən (671) | Bəyənməyən (357)
Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023