Bu gün bir gözəlin toyu çalınır

Bu gün bir gözəlin toyu çalınır


Tərpədir telləri isti bir nəfəs,
Bürüyür qəlbimi qəribə həfəs.
Kiminsə sevgisi əbəsmiş, əbəs,
Bu gün bir gözəlin toyu çalınır.
Rəqs edir oğlanla qız yavaş-yavaş,
Hər iki sinədə həyacan, təlaş.
Kiminsə donubdur gözlərində yaş,
Bu gün bir gözəlin toyu çalınır.
Kimisə hönkürük tutur dərindən,
Həsrətlə boylanır, baxır yerindən.
Könüllər ayrılıb biri-birindən,
Bu gün bir gözəlin toyu çalınır.
Kiminsə ürəyi hənalanıbdır,
İçində dağ boyda dərd qalanıbdır.
Eşqi, məhəbbəti damğalanıbdır,
Bu gün bir gözəlin toyu çalınır.
Kiminsə buludu qaralıb belə,
Kiminsə yağışı çevrilib selə.
Kimlərsə oynayır verib əl-ələ,
Bu gün bir gözəlin toyu çalınır.
..Tərpədir telləri isti bir nəfəs,
Bürüyür qəlbimi qəribə həvəs.
Kiminsə sevgisi əbəsmiş, əbəs,
Bu gün bir gözəlin toyu çalınır.
Cəmi 2080 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023