Bu bir ayrıcür gecedir

Bu bir ayrıcür gecedir


Yatırsanmı, ay ürəyim?
Gecə keçib yarısından...
Mənsə yata bilməmişəm
Ürəyimin ağrısından.
Gündüz
olsun, nə fəqri var,
Günüm gecədən qaradır...
Xəbərin yox, səndən ayrı
Ürəyim para-paradır. Bəs,
deyirdin, mən ölərəm
Bir an qalsam səndən ayrı!
Gör nə qədər zaman keçdi,
Sən də ayrı, mən də ayrı...
Bəlkə yordum yenə səni?
Günəş üzlüm, sağ ol daha!
Mən çəkilim təkliyimə,
Az qalıbdır, bax, sabaha...
Yenə mən və soyuq otaq,
Necə uzun bir gecədir!
Hər gecəyə bənzəməz, yox,
Bu bir ayrı cür gecədir!
Cəmi 1989 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024