Dostluğu sevgiye deyişenlere

Dostluğu sevgiye deyişenlere


Sən belə deyildin, niyə dəyişdin?
Gəzdiyin yerləri göyə dəyişdin
Bu dostluğu sən sevgiyə dəyişdin,
Əzizim, məhəbbət istəmə məndən...
Bu dostluqda mən yüz ölçüb-biçmişəm
Etibar bulağından su içmişəm
Dost yolunda mən nələrdən keçmişəm...
Əzizim, məhəbbət istəmə məndən...
Bir daha mən sənlə deyib-gülmərəm
Sənin ilə göz yaşımı silmərəm,
Mən səni yalandan sevə bilmərəm
Əzizim, məhəbbət istəmə məndən...
Düşünmə ki, sevgiyə inanmıram
Məhəbbət, eşq, sevda nədir, qanmıram
Mən ki bu eşqin odunda yanmıram,
Əzizim, məhəbbət istəmə məndən...
Mənə sənlə dostluq olubdu qismət
Səni sevən kəslə xoşbəxt ol, xoşbəxt!
Bir gün gül üzünə gülər səadət
Əzizim, məhəbbət istəmə məndən...
Həyatda sən bərkə-boşa düşərsən,
Həm quruya, həm də yaşa düşərsən,
Vaxt gələr, sən məni başa düşərsən,
Əzizim, məhəbbət istəmə məndən...
Səni vəfalı bir yoldaş bilmişəm,
Çətin gündə inan, sirdaş bilmişəm
Mən səni özümə qardaş bilmişəm,
Əzizim, məhəbbət istəmə məndən...
Bu həyatda fərqliyik hər ikimiz
Ayrı-ayrı vurur ürəklərimiz.
Dost idik, dost kimi gəl, ayrılaq biz
Əzizim, məhəbbət istəmə məndən...
Cəmi 1944 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024