Ne yaxşı varsan

Ne yaxşı varsan


Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.
Bilmirəm gözlərin necədir senin ?
Saçların bir zulmət gecədir sənin,
Bilmirəm yaşını neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.
Çətin yollar keçdim, yaman yoruldum,
Sevgi bulağından içdim, duruldum,
Mən səni görmədim, səne vuruldum,
Nə yaxşı sən varsan, sevirəm səni.
Sən hardan gəlirsən, yolun haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.
Bircə yol üzünə görməsəm də mən,
Yolunda bircə gül dərməsəm də mən,
Könül açıb, könül verməsəm də mən,
Nə yaxşı sən varsan, sevirəm səni.
Dünya dağılmazki sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan,
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan, sevirəm səni.
Sənə olan sevgim könül səsimdir,
Bir xəzan çağında yaz həvəsimdir,
Bilirəm,sən varsan mənim bəsimdir,
Nə yaxşı sən varsan, sevirəm səni.
Mən yelkənsiz qayıq, sən uzaq ada,
Sən at belindəsən, mənsə piyada,
Bircə təsəllim var mənim dünyada,
Nə yaxşı sən varsan, sevirəm səni...
Cəmi 1801 nəfər oxuyub
Bəyənən (523) | Bəyənməyən (243)
Dostlarınla Paylaş

Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023