Bu gün 10 məqalə əlavə olundu

Geniş Kitabxana
Ayrıldıq seninle
Deyirdin sevənlər əsla ayrılmaz
Ayrıldıq səninlə niyə, sevgilim?
Sevən sevdiyinin könlündən çıxmaz
Mən bunu bilmirdim, eh... hardan bilim...
Nə qədər etdimsə olmadı mümkün,
Eşqini könlümdən uzaqlaşdırmaq
Sənsiz yaşayıram həyatdan küskün
Nə yaman çətinmiş səni unutmaq...
Sənsizəm... ömrümün payız çağıdır,
Kaş ki bu ömrümə bahar gələydi.
Həsrətin bağrımı didib-dağıdır
Sevgin ürəyimdən kaş silinəydi...
Sənsiz bu dünyada qalmaq çətindir,
Elə bilmə həsrət bir əyləncədir
Məni yaşadan da məhəbbətindir,
Sənli xatirələr bil, işgəncədir.
Buludam... dumandan, çəndən ayrıldım...
Sənsiz dəyişmişəm, başqalaşmışam,
Elə ki əzizim, səndən ayrıldım,
Mən özüm özümdən uzaqlaşmışam...
Cemi 1152 nefer oxuyub
Beyen(412) | Beyenme(127)
Paylaş:
Dostlarınla Paylaş

Ayrıldıq seninle - Şeirlər | Tatli.Biz
Ayrıldıq seninle məqaləsini oxumaq üçün daxil olun
Ayrıldıq seninle, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 37 nəfər


©Tatli.Biz 2010-2020