Bu gün 10 məqalə əlavə olundu

Geniş Kitabxana
Gedirem
Daha tərk edirəm mən bu şəhəri,
Son dəfə geriyə baxıb gedirəm.
Unudub qüssəni, qemi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...
Gedirəm yağışla, boranla qarla.
Mən qayıtmayacam gələn baharla.
Bəlkə də verdiyim bu son qərarla,
Özüm öz evimi yıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Sənlə yox rəsminlə qucaqlaşaraq,
Göz yaşı tökürəm uşaqlaşaraq.
Sevgilim, səndən də uzaqlaşaraq,
Coşğun bir çay kimi axıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Yeni bir başlanğıc, ümid adıyla,
Gedirəm qəlbimin bu fəryadıyla.
Məni kül eyləyən nifrət oduyla,
Hər şeyi yandırıb yaxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Oxu bu şeirin bu son qismini.
Eşqimlə ruhuma yazdım ismini.
Səndən tək yadigar qalan rəsmini,
Son dəfə köksümə sıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm....
Cemi 1145 nefer oxuyub
Beyen(353) | Beyenme(110)
Paylaş:
Dostlarınla Paylaş

Gedirem - Şeirlər | Tatli.Biz
Gedirem məqaləsini oxumaq üçün daxil olun
Gedirem, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 42 nəfər


©Tatli.Biz 2010-2020