Mən sənsiz neyləyim, daha bilmirəm

Mən sənsiz neyləyim, daha bilmirəm


Dəniz tək coşubdu,gözümün yaşı
Axan göz yaşımı daha silmirəm
O sənli həyatadan doymadım axı,
Mən sənsiz neyləyim,daha
bilmirəm
Ömürdən nəğmələr,silinib gedir
Sevincim kədərə dilənib gedir
Həyatım ikiyə bölünüb gedir,
Mən sənsiz neyləyim,daha
bilmirəm
Üzümdə açılır,kədər qırışı
Neylirəm mən sənsiz baharı,qışı ?
Aparıb eşqimi,ayrılıq quşu,
Mən sənsiz neyləyim,daha
bilmirəm
Xəyalın,yuxuya aparır məni
Unutmaz!Deyirler sevən-sevəni
Nə qədər yuxudan,soruşum səni?
Mən sənsiz neyləyim,daha
bilmirəm
Şəklin də danışmır,elə hey susur
Yaralı qəlbimi,xatirən yuyur
Çəkdiyim əzabı,görən kim duyur?
Mən sənsiz neyləyim,daha
bilmirəm
Getdiyin o gündən,yoxdu bir
xəbər
O,şirin günlərim,olubdu zəhər
Hardasan?Nə olar,qayıt gəl yetər
Mən sənsiz neyləyim,daha
bilmirəm
Cəmi 1982 nəfər oxuyub
Bəyənən (580) | Bəyənməyən (327)
Dostlarınla Paylaş

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024