Bir günah eylədim, mən səni sevdim | Şeirlər
Geniş Kitabxana
Bir günah eylədim, mən səni sevdim
Alışıb yanardım,eşqinlə sənin
Son dəfə sözümü deməyə gəldim
Ayrıldın! Düşündüm,anladımki
mən,
Bir günah eylədim,mən səni
sevdim
Hər işi səhv bilib,bəhanə etdin
Ayrılaq,deyərkən bildin nə etdin ??
Qoy deyim,könlümü viranə etdin
Bir günah eylədim,mən səni
sevdim
Xəyallar evində yaşatdın məni
Sanırdım mənimsən,aldatdın məni
Sən özün,özünlə boşatdın məni
Bir günah eylədim,mən səni
sevdim
Əlimdən tutmağın bir həvəs imiş
Ayrılıq,sevginə bir qəfəs imiş
İlk görüş,son gorüş sənə bəs imiş
Bir günah eylədim,mən səni
sevdim
Sevdiyim gözlərdə itmişəm indi
Qovmusan qəlbindən,getmişəm
indi
Tükənib,əriyib,bitmişəm indi
Bir günah eylədim,mən səni
sevdim
Şekillər,mesajlar səndən yadigar
Qalıbdı.Nə olsun,nə faydası var ??
Şəklindən istəsəm,səni qaytarar ??
Bir günah eylədim,mən səni
sevdim
Göz yaşım qəlbinə axmayır sənin
Vicdanın qarşına,çıxmayır sənin ?
Fəryadım ovcuna sıxmayır səni ??
Bir günah eylədim,mən səni
sevdim
Səninlə qalaram,ölərəm deyən
Ömürlük yanına,gələrəm deyən
Yalançı məhəbbət donunu geyən ,
Bir günah eylədim,mən səni
sevdim
Deyərdin hər zaman,yaz şeir mənə
Göz yaşı içində bu sətir sənə
Sevdiyim,son dəfə deyirəm sənə
"Bir günah eylədim,mən səni
sevdim"
Cemi 1041 nefer oxuyub
Beyen(363) | Beyenme(159)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

[sitemap][mp3 sitemap][video sitemap]
©Tatli.Biz 2010-2019