Son nefes | Şeirlər
Geniş Kitabxana
Son nefes
Bu son görüş idi, bu da son nəfəs,
Sən yanımdasan, bu da mənə bəs..
Nə gözəl ölümdü, qollarındayam,
Sənsizliyə gedən gedən yollarındayam..
Ölürəm sən isə ağlamaqdasan,
Günahı özünə bağlamaqdasan.
Az öncə gör nələr söylədin mənə:
‘bunu istəmədən deyirəm sənə,
Bu son görüş idi, bu da son vida
Əlvida sevgilim sənə əlvida..
Əlvida o şirin gözəl çağlara,
Əlvida dənizə, dağa, bağlara,
Əlvida nur saçan gözəl dünyaya,
Əlvida günəşə, ulduza, aya.
Kədərə xoş gəldin deyirəm indi,
Bil bu yalqız qəlbim təkcə sənindi..
Amma mümkün deyil birgə döyünmək,
Bu ürək təkliydə döyünsün gərək..
Belə bir sonluq istəməzdik biz,
Tale belə imiş, bu taleyimiz
Yazılıb sən demə kömürlə qara,
Xoşbəxtlik görünmür bizə bir para..
Tale belə imiş ayrımalıyıq,
Tale belə imiş, Tək qalmalıyıq…’
Tale belə imiş, bax sən bir sözə ,
Elə bu sözlər məni gətirdi dizə..
Bayaq verə bilmirdim buna bir anlam,
Indisə hər şeyi anlayıram tam..
Tale belə imiş bu taleyimiz,
Ayrıca yazılıb, ayrılırıq biz…
..Ölürəm sən isə ağlamaqdasan,
Günahı özünə bağlamaqdasan…
Axı sən bilmirdin, bilmirdin ki mən
Neçə illər boyu ağır xəstəyəm..
Ürəyim dözmədi bu böyük dərdə,
Onsuz batacaqdı ömrüm hədərdə..
Elə lap yaxşı ki, indi ölürəm,
Sən ağlayırsan, mənsə gülürəm.
Gülürəm çün tale sevibmiş məni
Məndən ayırmadı həyatda səni.
Amma indi ölüm bizi ayırır…
Üzümə tökülən göz yaşlarınla
Soyuyan bədənim isinir bir az.
O peşman, narahat baxışlarınla
Ürəyim qəlbində gəzinir bir az.
İndisə bilirəm, məni sevirsən,
Hər şeyi ürəkdən, qəlbdən deyirsən
Xoşbəxt olmaq nəsib olmadı bizə,
Bu dünyada yer yox saf eşqimizə..
Bəlkə o dünyada görüşərik biz,
Yenidən birləşər tənha qəlbimiz..
Alışıb odlanar sevgi duyğumuz,
Əbədi qovuşar bizim ruhumuz...
İndisə ölürəm, bu da son nəfəs,
Sən yanımdasan, bu da mənə bəs..
Əlvida sevgilim, sənə əlvida
bu son görüş deyil, deyil son vida...
Cemi 874 nefer oxuyub
Beyen(333) | Beyenme(98)
Paylaş:
Şeirlər

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Sitemap:[1][2][3][html][ror][txt][mp3][video]
©Tatli.Biz 2010-2018