Başqa birisini sevə bilməzsən

Başqa birisini sevə bilməzsən


Hələ qəlbimizdə xatirə izi,
Hələ ayrılığın nəmlidi gözü.
Hələ ki, sevirik bir-birimizi,
Başqa birisini sevə bilməzsən.
Gör neçə nəğmənin bəstəsi qalıb,
Bu ocaq sönübsə, tüstüsü qalıb.
Əlinde əlimin istisi qalıb,
Başqa birisini sevə bilməzsən.
Incidib, qəlbimə dəyə bilmirsən,
Yolunu biryolluq əyə bilmirsən.
Mənə "yox" sözünü deyəbilmirsən,
Başqa birisini sevə bilməzsən.
İl keçir, ömürdə xatirə qalır,
Bahar güllərimiz qönçədə solur,
Hələ ki, gözlərin məni axtarır,
Başqa birisini sevə bilməzsən.
Axar gözümüzün yaşı qurumaz,
Deyirdik bu ilqar, peymanpozulmaz,
Belə sevə-sevə ayrılmaq olmaz,
Başqa birisini sevə bilməzsən.
Cəmi 1983 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023