Ayrılmazıq biz | Şeirlər
Geniş Kitabxana
Ayrılmazıq biz
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyimdə də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxulayım deyə
Bircə əlacım var—unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam,—gecə,
Gündüzlər unutsam,—gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam!..
Cemi 1018 nefer oxuyub
Beyen(455) | Beyenme(118)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Sitemap:[1][2][3][html][ror][txt][mp3][video]
©Tatli.Biz 2010-2018