Daha Nağıllara inanmıram men...

Daha Nağıllara inanmıram men...


Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.
Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən
Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən
“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən
Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən
Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən
Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi.
Daha nağıllara inanmıram mən!…
Cəmi 2379 nəfər oxuyub
Bəyənən (561) | Bəyənməyən (632)
Dostlarınla Paylaş

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023