Haqqımda min cürə şayələr gəzir

Haqqımda min cürə şayələr gəzir


Haqqimda min cürə şayələr gəzir,
Min cürə yalanlar çıxır adıma,
Arabir dəli də deyirlər mənə,
O gün ki, düşürsən mənim
yadıma.
Haqqımda min cürə şayələr gəzir,
Minlərcə söylənir bu cür yalanlar,
Haqqımda min cürə şayələr gəzir,
O gün ki, düşürsən yadıma ey
yar.
O gün ki, havalı oluram bir az,
O gün ki, uyumaq gözümə
haram,
O gün ki, düşürsən mənim
yadıma,
Mən dəli deyiləm, dəli oluram.
Xəyalım gəzişir sizin küçədə,
Tutmaq istəyirəm ələ də gəlmir,
Evimin qapisi açıq gecə də,
Bir neçə gündür ki, evə də
gəlmir.
Qorxuram, bu məndən asılı deyil,
Bir sən bilməyirsən bu halətimi,
Mən səni o qədər sevirəm inan,
Qorxuram itirəm ləyaqətimi.
Bəlkə də səninçün bu gülməlidir,
Bəlkə bu sözləri nahaq yazıram,
Sevirəm səndəki tərs baxışları,
Çünki gözlərində itib azıram.
İtsəm də o gözəl baxışlarında,
Bəzən də çox baxsan bir an
çaşıram,
Baxışın lap acı, sərt olsa belə,
İnan, sevincimdən uşaqlaşıram.
Mən bu cür sevirəm sevəndə
gülüm,
Gəl məni bununçün qınama ey
yar,
Bu mənim öz sevgim, özümə
məxsus,
Sevdimsə dəlisov bir sevməyim
var.
Haqqımda min cürə şayələr gəzir,
Min cürə yalanlar çıxır adıma,
Arabir dəli də deyirlər mənə,
O gün ki, düşürsən mənim
yadıma.
Cəmi 1935 nəfər oxuyub
Bəyənən (516) | Bəyənməyən (289)
Dostlarınla Paylaş

Saytda 228 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024