Hələ yaşayıram bu dünyada mən

Hələ yaşayıram bu dünyada mən


Yollar ayrıcında yolsuz qalmışam,
Qəlbimin gözündən yaralanmışam.
Mən ki, varlığımı yada salmışam,
Hələ yaşayıram bu dünyada mən.
Başımdan ucalan tüstü görünmür,
Ürək üsyan edir, amma sürünmür.
Bizə gələn yolun izi bilinmir?
Hələ yaşayıram bu dünyada mən.
Sözüm yerə düşür cansız daş olub,
Dünyam haray çəkir, gözdə yaş olub.
Ömrümün hər günü qəmdən yoğrulub,
Hələ yaşayıram bu dünyada mən.
Ürəyin ağrısı ağlatsa belə,
Ruhumda bir üsyan oyatsa belə,
Məni Allahım da unutsa belə,
Hələ yaşayıram bu dünyada mən.
Cəmi 2024 nəfər oxuyub
Bəyənən (570) | Bəyənməyən (348)
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023