Biz bele ayrıldıq

Biz bele ayrıldıq


Dedin, salamat qal, gedirəm artiq,
İnana bilmədim, həqiqətmi bu?
Çökdü gözlərimə sanki qaranliq,
Uçdu gözlərimdən şirin bir yuxu...
Dedin, heç darixma, bəlkə
görüşdük,
Bəlkələr sinəmi yandirdi, yaxdi.
Gümanli, gümansiz günlərə
düşdük,
Səni görməyirəm indi nə vaxtdi.
Dedin, salamat qal... İsti əllərin-
Gəzdi saçlarimda, susduq bir anliq.
Əsdi hicran yeli hey sərin-sərin,
Biz belə ayrildiq, belə ayrildiq...
Baxdin gözlərimə, gələcəyinə
İnamla danişdin, peyman bağlandi.
Uzanan yollarda ümidlə yenə
Yuxusuz gözlərim ulduz tək
yandi...
Dedin dözümlü ol, dönərəm yəqin,
Səadət axtarmaq deyildir asan.
Getdin, qulağimdan getmədi səsin,
Sanki varliğimda hopub qalmisan...
Cəmi 2087 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 195 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024