Hardasan

Hardasan


Hardasan, yamanca darıxıram
mən,
Ya gəl, ya məni də yanına çağır.
Yoxsan... yollarına ha baxıram
mən,
Həsrətin hər qəmdən, qüssədən
ağır...
Hardasan, yanımda olaydın indi,
Dunyanı verərdim bircə kəlmənə.
Bilərdim, ürəyin yenə mənimdi,
Deyəndə, sevgilim, yaxın gəl mənə.
Qara bulud kimi çatılıb qaşım,
Sən məndən inciyib küsəndən bəri.
Bircə an qurumur gözümün yaşı
Bu hicran yelləri əsəndən bəri.
Ürəyim sığmayır köksümə mənim,
Elə bil ruhum da durub qəsdimə.
Heç əskik olmayır dumanım, çənim,
Hər yandan qaranlıq çökür
üstümə...
İntizar nə yaman üzür qəlbimi...
Nəfəsim, həyanım, gülüm,
hardasan?
Qalmışam lap dəli-divanə kimi,
Eləcə xəbər ver, bilim, hardasan...
Cəmi 2192 nəfər oxuyub
Bəyənən (568) | Bəyənməyən (337)
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023