Necə gəlmişdimsə, elə gedirəm

Necə gəlmişdimsə, elə gedirəm


Bu sevgi,səadət gözümdən itdi,
Eşqim başladığı yerdə də bitdi,
Sevgidə buz idim həsrət əritdi,
Qovuşub çaylara,selə gedirəm...
Sənin ürəyini, dünyalar bildim,
Mən bu dünyalarda öldüm,dirildim,
Sevgi ürəyimdə,yanına gəldim,
Eşqimi gətirdim dilə, gedirəm...
Ürəkdə tufandı,bir başqa haydı,
Bu səs arzuları aləmə yaydı,
Məhəbbət təqvimim yerində saydı,
Dönmədi aylarım,ilə gedirəm..
Mən mizrab,sənsə tar...Sarı sim səsi,
Toxunsam oyadar bütün hər kəsi,
Qoy heç səslənməsin həsrət nəğməsi,
Toxunmub o incə telə, gedirəm...
Bu gecə ayrılır ürək yarından,
Bülbül çəmənindən,gül gülzarından,
Həsrətə bükdüyün göz yaşlarından,
Bir ovuc arxamca, çilə, gedirəm...
Bir gecə səssizscə olmuşdum aşkar,
Səssiz yox oluram,ey sevgili yar...
Ağlama,burada qəribə nə var??
Necə gəlmişdimsə,elə gedirəm..
Cəmi 2050 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 32 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023