Yaman darıxmışam

Yaman darıxmışam


Yaman darıxmışam səninçin,
yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış,
demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim Gözüm
üzünə,
Qulağım səsinə darıxmasaydı…
Elə bil hər yerdən üzülüb əlim…
Mən azıb qalmışam qəm
dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam… Bu nədir
yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam… Hər
axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…
Qısıldıq küncə.
Danışdıq…
Yel əsdi…
Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,
Səni görüncə
Sənin işığında yox oldu kölgəm
Cəmi 1939 nəfər oxuyub
Bəyənən (512) | Bəyənməyən (335)
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023