Əllərin nə yaman soyuqdur, gülüm

Əllərin nə yaman soyuqdur, gülüm


Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasin.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasin.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi
Yanağın elə bil alov dilimi...
Əllərin nə yaman soyuqdur gülüm
Niyə bu soyuğu indi duymuşam
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam...
Ay üzü baharli,əli qış sonam.
Gileyim gülməli gəlməsin mənim
Qorxuram sevginə soyumağın da
Əlindən başlaya, əlindən sənin.
Əllərin nə yaman soyuqdur, gulum...
Cəmi 2459 nəfər oxuyub
Bəyənən (705) | Bəyənməyən (364)
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023