Gülümsə

Gülümsə


Görünür ayrılıq qismətimizdi
Bu tale,qismətlə barış gülümsə
Gözlərin dolmasın buludlar kimi,
Ağlama sevgilim,çalış gülümsə
Soldurma gəncliyi bu dərd,fikirdən
Utansın ayrılq bu cür qəhərdən
Yaşanan günləri xatırla hərdən,
Özünçün gizlicə,danış gülümsə
Kədəri gətirdi bizə məhəbbət
Allahın yazdığı pozulmur əlbət
Qovuşmaq olmayır hamıya qismət
Bu zalım həsrətə,alış gülümsə
Saralmış yarpağ tək həyatda əsmə
Ömrünü daraldıb,yolunu kəsmə
Qapanma özünə,həyata küsmə
Dostlara,tanışa qarış,gülümsə
Ömrümdə parlayan bir gün
olmusan
Xatirə evimə sürgün olmusan
Ağlayıb sızlama,düşün olmusan,
Elşənlə nə vaxtsa tanış,gülümsə
Cəmi 2107 nəfər oxuyub
Bəyənən (548) | Bəyənməyən (364)
Dostlarınla Paylaş

Saytda 24 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023