Bu gün 16 məqalə əlavə olundu

Geniş Kitabxana
Özüm öz gözümdən düşürəm axı
Qapini döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodagımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.
Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki,balam ,demişəm.
Tez -tez oymayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısın özgəyə verib gəlirəm.
Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən elasinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin.
Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.
Nağıl danışırsan " Min bir gecə" dən,
Nağılın qorxulu,
sehrli,qəmgin...
Mən isə sallanıb gecədən
Bir quyu dibinə enirəm hər gün.
Bilmirəm mələksən,Allahsan,nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm axı..
Cemi 1534 nefer oxuyub
Beyen(446) | Beyenme(226)
Paylaş:
Dostlarınla Paylaş

Özüm öz gözümdən düşürəm axı - Şeirlər | Tatli.Biz
Özüm öz gözümdən düşürəm axı məqaləsini oxumaq üçün daxil olun
Özüm öz gözümdən düşürəm axı, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 37 nəfər


©Tatli.Biz 2010-2020