Sən mənim qəlbimdə yaşayacaqsan

Sən mənim qəlbimdə yaşayacaqsan


Sanma ki, ayrıldın itdi bu sevgi
Sən getdin səninlə getdi bu sevgi
Kök atdı, qəlbimdə bitdi bu sevgi
Sən mənim qəlbimdə yaşayacaqsan
Səninçün açılar yeni bir sabah
Mənimlə qalacaq bu kədər bu ah
Olsan da özgənin qismətə bir bax
Sən mənim qəlbimdə yaşayacaqsan
Üzsən də əlini əlimdən indi
Bu əl də, bu can da, ruh da sənindi
Səndən ayrılmaqmı? Yox bu çətindi
Sən mənim qəlbimdə yaşayacaqsan
Yandırdın qəlbimdə sönməz bir ocaq
Od tutub bu ürək, daim yanacaq
Öldün həyatımda sevgilim ancaq
Sən mənim qəlbimdə yaşayacaqsan..
Cəmi 3021 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023