Səbr ver Allahım, səbr ver mənə

Səbr ver Allahım, səbr ver mənə


Gördüm vəfasızı danışmadım mən,
Bu bir fürsət idi görüşmədim mən.
Onsuz yaşamağa alışmadım mən,
Səbr ver Allahım,səbr ver mənə.
Elə bir düyümdü,çözümü yoxdu,
Dadsız günlərimin duzumu yoxdu?
Mənim bundan artıq dözümüm yoxdu,
Səbr ver allahım,səbr ver mənə.
İmdad istəyirəm əl açdım göyə,
Demədim başıma göylər daş tökə.
Bu eşqi bir ömür yaşadım deye
Səbr ver Allahım,səbr ver mənə.
Özüm də bilmirəm,kiməm,nəyəm mən,
Çəkilməz həsrəti kimə deyim mən.
Ondan başqasını bəyənmədim mən
Səbr ver Allahım,səbr ver mənə.
Ayrılıq ölümdü,bir şaka deyil,
Sevmek bir kimsəyə yasaq ha deyil.
Ümid istəyirəm,sədəqə deyil!
Səbr ver Allahım,səbr ver mənə..
Cəmi 3204 nəfər oxuyub
Bəyənən (911) | Bəyənməyən (502)
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023