Sən mənə verdiyin əzaba görə

Sən mənə verdiyin əzaba görə


Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Düşməzmi güzarım bir dost
bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.
Öz eşqim yolunda sadiq canam
mən,
Heyf oldum,həm yanan,həm
yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Cəmi 2879 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024