Sən mənə verdiyin əzaba görə | Şeirlər
Geniş Kitabxana
Sən mənə verdiyin əzaba görə
Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Düşməzmi güzarım bir dost
bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.
Öz eşqim yolunda sadiq canam
mən,
Heyf oldum,həm yanan,həm
yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Cemi 1503 nefer oxuyub
Beyenen (522) | Beyenmeyen (191)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018