Bu gün 7 məqalə əlavə olundu

Geniş Kitabxana
Çıx get
Apar ümidləri məndən uzağa,
Onlara qanad ver, quş elə çıx get...
Qəlbləri üşüdən soyuq sazağa,
Məni işarə ver, tuş elə çıx get...
Bezdim ayrılığın dərdi — sərindən,
Nə qədər gizli ah çəkdim dərindən,
Bu eşqin qəm dolu meyvələrindən,
Dad biraz mənim tək, nuş elə çıx get...
Sevincim durudu, kədərim qatı,
Çapır uzaqlara bəxtimin atı,
Röyada gördüyüm sənli həyatı,
Yaz edə bilmədin, qış elə çıx get...
Gedirsən...son dəfə əlimi tutma,
Sal hərdən yadına, məni unutma,
Bircə gözlərimin yaşın qurutma,
Öpdüyün yanağı yaş elə çıx get...
Cemi 1052 nefer oxuyub
Beyen(344) | Beyenme(126)
Paylaş:
Dostlarınla Paylaş

Çıx get - Nüsrət Kəsəmənli | Tatli.Biz
Çıx get məqaləsini oxumaq üçün daxil olun
Çıx get, Nüsrət Kəsəmənli, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 30 nəfər


©Tatli.Biz 2010-2020