Demədim ki...

Demədim ki...


Ömrümün ulduzu ol,dedim sənə
Bir ömrü et gülüm,puç demədim
ki..
Başımda dayanıb pərvanələr tək,
Sonunda yorulub,uç demədim ki...
Adınla başlayır sinəmdə solum,
Köksünə bulud tək,sevgidən
dolum
Yurd salım qəlbində əbədi qalım
Qəlbini özgəyə,aç demədim ki...
Sevginin ocağın biz quraq gərək
Həsrətin girişi,qadağan deyək
Ayrılıq,o tayda sovurur külək
Sevgidən o taya,keç demədim ki...
Ucalır eşqindən,içimdə dağlar
Məhəbbət,hicran ın yolunu bağlar
Sevginin suları qəlbimdə çağlar
Ayrılıq suyundan,iç demədim ki...
Gedərəm torpağa,gedərəm göyə
Məzarda oxşaram bəlkə də bəyə
Əbədi dünyada görüşək deyə,
Bu sonlu dünyamdan,köç
demədim ki...
Cəmi 2845 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 249 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024