15 yaşlı uşağın hekayesi

15 yaşlı uşağın hekayesi


15 yaşlı cavan oğlan avtobusa mindi,görəndə ki yerlərin
hamısı boşdu sevincinin həddi yox idi.O pəncərənin
önündə yerini rahatladı,axı sona kimi getməli idi. Avtobus
yola düşdü və 20 dəqiqədən sonra artıq bütün yerlər
tutulmuşdu.Oğlan pəncərədən çölə baxır,musiqi
dinləyirdi.Birdən yaşlı bir qadın onun çiyinlərinə
toxundu:Utanmırsan,sənin yaşda olanda mən böyüklərə
yer verirdim.Başqaları da ona qoşuldu:Qoca qadın ayaq
üstə qalıb,bu da necə özünü saymazyana aparır. 2-3
dəqiqədən sonra bütün avtobus artıq oğlanın üstünə
düşmüşdü.Oğlan buna dözmədi və dedi:Yaxşı mən
duracam,amma bu yerdə öz sözlərindən utanmayan biri
otursun.Bu sözlər avtobusdakıları şoka saldı,onlar lap
hiddətləndilər.Oğlan isə sakitcə oturacağın altından
qoltuqağaclarını çıxardı-əvvəl birini,sonra a o birini.Heç
kimə bir söz demədən onlara söykənərək dayandı. Hər
kəs susdu.Axı heç kimin ağlına gəlmirdi ki,belə ola bilər
hətta onun ayağına bütün yol boyu qəsdən tapdalayan
yaşlı qadın da yalnız indi başa düşdü ki oğlan niyə
reaksiya vermirmiş.Sonuncu dayanacağa qədər oğlan
sakitcə qoltuq ağaclarına söykənərək
durdu,avtobusdakılar isə susdu.Oğlana çətin idi,amma bir
şey ona güc verirdi-onun yeri boş qalmışdı,orda oturmağa
heç kim cürət etmirdi.
Cəmi 2225 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023