İnsan insana kömək etməsə

İnsan insana kömək etməsə


Amerika Birləşmiş Ştatları Karolina ştatında bir avtomobil
yolu...Yolun kənarına çəkilmiş qara bir limuzin...İçində
görünüşündən ''vəzifə sahibinə'' oxşayan bir nəfər və
bayırda matdım-matdım limuzinin mühərrikinə baxan və
çarəsizlikdən üzü qıpqırmızı qızaran xüsusi geyimli bir
sürücü...
Bir az keçməmiş yaxınlıqda köhnə bir Ford dayandı.Üst-
başından kənd adamına oxşayan bir nəfər maşından
düşəeək limuzinə yaxınlaşdı:
-Xeyir ola dostum? Yoxsa,maşına bir şey olub? - deyərək
diqqətlə mühərrikə baxdı.Ancaq bu maşın adi maşınlara
oxşamırdı.Vəziyyətdən çıxmaq üçün:
- Maşınınızı maşınıma qoşaq,sizi qəsəbəyə qədər
aparım.Orda bir ustaya göstərərik,- dedi.
Onun dediyinə görə,qəsəbə çox uzaqda deyildi.Cəmi bir
addımlıq yol var idi.Ancaq onun bir addmlıq dediyi bu yol
10-15 km-dən az olmadı.Nəhayət qəsəbəyə
çatdılar.Limuzini qəsəbədəki ustanın emalatxanısın
qarşısına çəkdilər.Sonra o: -Hə dostlar,indi də icazə verin
gedib bu məktubları paylayım,- dedi..
O həm əkir,həm də boş vaxtlarında qəsəbənin poçtuna
gələn məktubları paylayırdı.Limuzindəki sürücü maşından
düşdü.Və ''vəzifə sahibinin'' verdiyi çeki adama
uzatdı.Ancaq o çekə gözünün ucu ilə baxmadı və:
- Beş günlük dünyadır,insan insana kömək etməsə,bu
dünyanın halı necə olar? - deyərək ordan uzaqlaşdı..
Aradan xeyli keçdi.Adam bir gün evə qayıdanda qapısının
ağzında son model bir avtomobil gördü.Kimin gəldiyini
görmək üçün maşına yaxınlaşdı.Maşın boş idi.Ancaq
sükana yapışdırılmış və üzərində adı yazılmış bir kağız
var idi.Kağızda: ''Dostum,eşitdim ki,''Ford''un
köhnədir.Bu maşını sənə hədiyyə göndərirəm.Beş günlük
dünyadır,insan insana kömək etməsə,bu dünyanın halı
necə olar?'' Kağızın altında isə bu
[1] 2 >>
Cəmi 2079 nəfər oxuyub
Bəyənən (516) | Bəyənməyən (305)
Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023