Gerçək Dostluq

Gerçək Dostluq


Döyüşün ən qanlı günlərindən biri.Əsgər,ən yaxşı
yoldaşının az irəlidə qanlar içində yerə düşdüyünü
gördü.İnsanın başını bir saniyə belə sipərin üzərində tuta
bilməyəcəyi atəş yağışı altında idilər Əsgər leytenanta
qaçdı və:
- Leytenantım.Atılıb yoldaşımı götürüb gələ bilərəmmi?..
Havalandınmı? deyər kimi baxdı leytenant...
- Getməyə dəyərmi?. Yoldaşın dəlik deşik olmuş. Böyük
ehtimalla ölmüşdür belə.. Öz həyatini də təhlükəyə atma
əsla..
Əsgər israr etdi və leytenant "Yaxşı " dedi.. "Get o
zaman.."
İnanılması güc bir möcüzə. Əsgər o qorxunc atəş yağışı
altında yoldaşına çatdı. Onu kürəyinə aldı və qaça qaça
döndü. Birlikdə sipərin içinə diyirləndilər. Leytenant,qanlar
içindəki əsgəri müayinə etdi..Sonra onu sipərə daşınan
yoldaşına döndü:
- Sənə dəyməz,həyatini təhlükəyə atmağına
dəyməz,demişdim.Bu onsuz da ölmüş..
- Dəydi leytenantım.dedi əsgər..
- Necə dəydi? dedi leytenant.Bu adam ölmüş
görmürsənmi?..
- Yenə də dəydi komandirim.Çünki yanına çatdığımda
hələ sağ idi..
Onun son sözlərini eşitmək,dünyaya əvəz idi mənim
üçün.. Və yoldaşının son sözlərini hıçqıraraq təkrarladı:
- Gələcəyini bilirdim!.. demişdi yoldaşı...
Gələcəyini bilirdim!!
Cəmi 2159 nəfər oxuyub
Bəyənən (625) | Bəyənməyən (307)
Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023