Qizima mektub

Qizima mektub


Adətən, məktubu uzaqdan uzağa yazırlar. Sən mənim
yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir
döşəmənin üstündə, amma Sənə məktub yazıram. Sən
ananı yaxşı tanıyırsan, ona görə yəqin bu jestim sənə
qəribə gəlməz. Çünki bilirsən ki, bir qədər, hətta çox
qəribə adamam. Buna ən çox şahid olan da Sənsən.
Bütün qızların içində ilahidən bir hiss, bir duyğu, bir arzu
var. Analıq duyğusu, ana olmaq arzusu. Körpə ikən qızlar
gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər,
sənin kimi. Mən də beləydim. Böyüdükcə bu hiss də, arzu
da böyüyər, özün boyda, özündən də böyük olar. Ana
olmaq istəyərsən, istəyərsən bir qızın olsun, saçlarını
hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən
əyninə. Çox gözəl olsun, hamının qızından gözəl, sən də
qürrələnəsən, gözəl qızın anası kimi. İstəyərsən oğlun
ola, qəşəng kostyumlar geydirəsən əyninə, balaca qalstuk
taxasan boynuna, balaca kişiyə bənzəyə. Sən də
qürrələnəsən, balaca “kişinin” anası kimi. Mən də bu
arzuları yaşamışam, qızım, özü də lap güclü. Çox
uşaqsevən olduğumdan hamı deyirdi ki, sənin başından
Allah o qədər uşaq tökəcək, doydurub dolandıra
bilməyəcəksən. Amma mənim indi bir qızım var, bircə
balam…
Çox vaxt Sənə acıqlanıram, hərdən kobudluq da edirəm.
Bilirəm, heç nə ilə bunlara haqq vermək olmaz. Sən heç
nəyin günahkarı deyilsən. Amma mənim Səndən başqa
heç kəsə bu qədər ərkim çatmır. Çünki Sən, mənsiz
yaşaya bilməyəcək qədər mənə bağlı yeganə adamsan.
Hələ ki…
Bilirsənmi, Səni incidəndən sonra çəkdiyim əzab
əzablarımın ən ağırı, ən bağışlanmazıdır. Çünki sonra
məni rahat buraxmayan bir şey qanımda bütün vücudumu
gəzir. Bu, mənim vicdanımdır. O, məni ağladana
[1] 2 3 >>
Cəmi 2336 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024