Cırcıramanın sesi

Cırcıramanın sesi


İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. “Göylərə baş çəkən”
binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı
heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə
qulağına haradansa doğma bir səs gəldi. Ayaq saxlayıb,
diqqətlə qulaq asdı. Bu bir cırcıramanın səsi idi. Səs
böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi.
Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın
satıcılarından biri ona yaxınlaşıb: “Sizə nə kömək edə
bilərəm”-deyə soruşdu. “Çox sağ olun, bir şey lazım
deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan
cırcırama səsi gəlir”,-deyə cavab verdi. Satıcı
təəccübləndi və “Nyu-Yorkda cırcırama? Bu ki mümkün
deyil”,-dedi. Ancaq qonaq fikrində qəti idi. Çox
axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən
satıcı heyrətini gizlədə bilmədi və “Yəqin ki, sizin qeyri-
adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin
səsini necə eşitmək olar?”-dedi. Qonaq gülümsədi və
cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən
kimi səsinə onlarla adam ayaq saxladı. Artıq “son sözü”
demək vaxtı idi: “Əsas məsələ insanın nəyi eşitməsi deyil,
nəyi eşitmək istəməsidir”.
Cəmi 2812 nəfər oxuyub
Bəyənən (650) | Bəyənməyən (370)
Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023