"Anamı çox sevirem"yazısı | Hekayələr
Geniş Kitabxana
"Anamı çox sevirem"yazısı
Alış-verişdən yeni qayıtmışdı, əlindəki torbaları mətbəxə
apardı. Qapıda dayanan səkkiz yaşlı oğlu kiçik qardaşının
“gördüyü işləri” xəbər vermək üçün səbirsizliklə
gözləyirdi. Nəhayət: “Ana mən həyətdə oynayanda
qardaşım divarı yazdı. Həm də kağızını yeni
dəyişdirdiyimiz divarı!” – deyə böyük qardaş dilləndi. Ana
bu sözləri eşidən kimi özündən çıxdı və: “Haradadır
qardaşın? Tez onu bura çağır!” – deyə qışqırdı. Əlindəki
axırıncı torbanı da masanın üstünə qoyandan sonra
balaca oğlunun həmişə gizləndiyi şkafa üz tutdu.
Anasının səsini eşidən kimi kiçik qardaş qorxudan
titrəməyə başladı. Çünki bütün bunlardan sonra başına
nə gələcəyini yaxşı bilirdi...
Anası təqribən on dəqiqə divar kağızlarının nə qədər
bahalı olmağından, o kağızları almaq üçün nə qədər
işləmək lazım gəlməyindən danışdı. Dəqiqələr keçir,
ancaq qadının səsindəki əsəbilik keçmirdi. Üstəlik, əsəbi
azalmaq əvəzinə get-gedə artırdı. Sonra ana oğlunun
divarı yazdığı otağa getdi. Otağa girəndə gözləri yaşla
doldu. Çünki divarda böyük hərflərlə “Anamı çox
sevirəm!” sözləri yazılmışdı. Üstəlik, bu sözlər böyük bir
ürəyin ortasında idi... Ana o gündən nə divar kağızını
dəyişdirdi, nə də üzərindəki yazını sildi. Boş bir çərçivə
tapıb yazının üzərinə qoydu. Hər dəfə otağa girəndə
dayanıb fərəhlə bu yazını oxudu...
Cemi 1338 nefer oxuyub
Beyen(501) | Beyenme(128)
Paylaş:
Hekayələr

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

[sitemap][mp3 sitemap][video sitemap]
©Tatli.Biz 2010-2019