Qiymetli bir daş

Qiymetli bir daş


Qoca çayın kənarında gəzərkən qiymətli bir daş tapmışdı.
Ertəsi gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi.
Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək
vermək üçün çantasını açanda səyyah qiymətli daşı
gördü. Mütləq o daşa sahib olmaq istəyirdi. Qocadan o
daşı ona verməyi xahiş etdi. Qoca ona diqqətlə baxdi və
heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi.
Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları
düşünə-düşünə qocadan ayrıldı. Sevincindən qanaqlanıb
göylərə belə uça bilərdi. Qocanın bu hərəkətini unuda
bilməyən səyyah uzun müddət bu haqqda düşündü. Bir
neçə gün keçməmişdi ki, yenə həmən yerə qayıtdı. Və
qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: “Mənə
verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm”, -
dedi, - “ancaq səndə bu daşdan daha qiymətli bir şey
var. Bu daşı sənin gözündə adiləşdirən şey. Onu mənə
verə bilərsənmi?!..”
Cəmi 3243 nəfər oxuyub
Bəyənən (1411) | Bəyənməyən (501)
Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024