Haqlı kim haqsız kim

Haqlı kim haqsız kim


Orta məktəbdəykən sinif yoldaşlarımdan biriylə ciddi bir
müzakirəyə girdim. Onun haqsız olduğundan, özümünsə
haqlı olduğumdan əmindim. Müəllimimiz bizə çox yaxşı
bir dərs verməyə qərar verdi. Bizi bütün sinifin önünə
çıxardı və onu masanın bir tərəfinə, məni də digər
tərəfinə yerləşdirdi. Masanın tam ortasında yumru bir
obyekt vardı.. Qara rəngli bir obyekt..
O uşaqdan obyektin rəngini soruşdu. Uşaq, "Ağ!" deyə
cavablandırdı. Söylədiyinə inana bilmədim, çünki obyekt
qara idi.
Yenidən müzakirəyə başladıq, bu dəfə də obyektin rəngi
haqqında. Müəllim məni uşağın yerinə, onu da mənim
yerimə keçirdi, mənə obyektin rəngini soruşdu. "Ağ!"
cavabını vermək məcburiyyətindəydim; çünki aydındır ki
obyektin bir tərəfi ağ, digər tərəfi qara idi.
Müəllimimiz o gün mənə çox gözəl bir dərs verdi:
Qarşımdakı adamın düşüncəsini anlamam üçün özümü
bir anlıq onun yerinə qoymam lazım idi...
Cəmi 2216 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023