Bu gün 18 məqalə əlavə olundu

Geniş Kitabxana
Menim melek balam
Yaşlı adam, bir küçədə ağır-ağır addımlarla gedir,
hərdənbir istirahət edib təkrar irəliləyirdi. Gənclik illərində
tamamilə düz zənn etdiyi bu yolun yüngül bir yoxuş
olduğunu son illərdə anlamış, qocalığı buna görə qəbul
etmişdi.
Qoca bir az sonra birdən dayandı. Gözləri, bir əlil
arabasını yuxarıya doğru itələməyə çalışan kiçik bir qıza
sataşmışdı.
Yaşlı adama görə, əlil arabasının boş olması lazım idi.
Amma yaxına gedincə çaşdı, qaldı... Arabada, iflic olduğu
aydın olan və heç tərpənmədən dayanan bir kişi vardı.
Yaşlı adam, kiçik qızla danışmağa başladı. Arabada
oturan, qızın atası idi. Anası ilə birlikdə onu gəzdirərkən,
qadının bir anda halı pisləşmiş, tələ ən yaxın
əczaxanaya qaçmışdı. Atası da əlbəttə, kiçik qıza
qalmışdı.
Qoca adam, qızın hələ arabanı itələdiyini görüncə:
- "Mənim mələk balam!" deyə deyindi.. Sənin gücün onu
itələməyə çatmaz!
Kiçik qız:
- Bunu mən də bilirəm!. deyə atıldı. Amma atam üçün,
bir şeylər etməliyəm.
- Yaxşı, dedi qoca. Madam ki bilirsən, o zaman itələmə!
Kiçik qız:
- Atam üçün bir şey etməliyəm, deyə təkrarladı. Onun
arabasını itələyə bilməsəm də, ən azından geriyə doğru
sürüşməsini əngəlləyirəm..
Yaşlı kişinin gözləri yaşardı və hələ də arabanı itələməyə
çalışan balacaya
baxıb öz özünə sakitcə dedi "mənim mələk balam.."
Cemi 1077 nefer oxuyub
Beyen(361) | Beyenme(152)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Menim melek balam - Hekayələr | Tatli.Biz
Menim melek balam məqaləsini oxumaq üçün daxil olun
Menim melek balam, Hekayələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 81 nəfər


©Tatli.Biz 2010-2020