İbretli

İbretli


Bir şərqli hökmdar yuxuda bütün dişlərinin töküldüyünü
görür. Bundan həyacanlanan hökmdar yuxuyozanı yanına
çağırıb yuxusunun mənasını ona izah etməsini istəyir.
Yuxunu dinləyən yuxuyozan deyir: «Hökmdar, sənə pis
xəbər deməli olacaq. Ardıcıllıqla bütün yaxınlarını
itirəcəksən». Bu sözlər hökmdarın qəzəbinə səbəb olur
və yuxuyozanı həbsə atmaq göstərişi verir.
Bundan sonra başqa bir yuxuyozan hökmdarın yanın
çağırılır və yuxunu dinlədikdən sonra deyir: «Bir sevincli
xəbər deyəcəm. Sən bütün qohumlarından çox
yaşayacaqsan». Bunu eşidən hökmdar çox sevinir və
yuxuyozanı mükafatlandırır. Bunu görən saray əhli ikinci
yuxuyozandan nə baş verdiyini soruşdular: «Axı siz
ikinizdə eyni sözləri dediniz. Ancaq niyə birinci
cəzalandırıldı, səni isə mükafatlandırıldın?» Yuxuyozan
cavab verdi: «Biz ikimizdə yuxuya eyni məna verdik.
Ancaq hər şey nə deməkdən yox, onu necə deməkdən
asılıdır».
Cəmi 2281 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023