Gözel bir qız

Gözel bir qız


Qədim zamanlarda bir qəsəbədə bir qız var idi. Bu qız o
qədər gözəl idi ki, onunla evlənmək üçün dünyanın hər
yerindən ən varlı, ən yaraşıqlı adamlar gəlirdi. Ancaq qız
heç kimi bəyənmirdi. Bu qəsəbədə yaşayan bir oğlan da
bu qıza aşiq idi. Ancaq qız ona da könül vermirdi. Aradan
illər keçdi. Oğlan başqa şəhərə getdi. Orada ev – eşik
qurub, yaşamağa başladı. Bir gün yolu doğma
qəsəbəsindən düşdü. Orada tanış bir adamla qarşılaşdı.
Həmin qızı soruşdu. Qız ailə qurmuşdu. Oğlan qızla
evlənən adamın kim olduğunu öyrənmək istədi. Bir yerdə
gizlənib o, evdən çıxana qədər gözlədi. Ancaq
gördüklərinə inana bilmədi. Çünki qarşısında kök və
eybəcər bir adam var idi. Üz – gözündən varlı adama da
oxşamırdı. Oğlanı maraq götürdü. Gedib qızın qapısını
döydü. Özünü nişan verib, niyə belə bir adamla
evləndiyini soruşdu. Qız da: “Əgər həyətimizdəki
bağçadan ən gözəl gülü dərib gətirsən, sənə cavab
verərəm, - dedi , - Ancaq bir şərtim var. Gərək geri
dönüb baxmayasan”. Oğlan qızın dediyi kimi etdi. Əvvəlcə
qarşısına sarı bir gül çıxdı. Əyilib dərmək istəyirdi ki,
yaxınlıqda qırmızı bir gül gördü. Ona tərəf getmək
isyəyirdi ki, ağ bir güllə qarşılaşdı. Beləcə bağçanın
axırına çıxdı. Əlacsız qalıb oradakı güllərdən birini dərdi.
Qız oğlanın əlindəki solmuş gülü görüb dedi: “Gördün?
Həyatda həmişə ən yaxşısını tapmağa çalışırsan, vaxt
keçir, sonra da ən pisi ilə razılaşmalı olursan”...
Cəmi 2177 nəfər oxuyub
Bəyənən (626) | Bəyənməyən (349)
Dostlarınla Paylaş

Saytda 12 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024