Gözellik ve çirkinlik

Gözellik ve çirkinlik


Əsrlərdir bir-birləriylə küsülü olan gözəllik və çirkinlik bir
gün artıq barışmaya qərar verirlər.Çirkinlik gözəlliyə
deyər ki "Ey gözəllik biz səninlə illərcə küsülü olduq.Buna
artıq son verək və barışaq".Təmiz qəlbli gözəllik isə buna
xeyr deyə bilmir və qəbul edir.Günlər bir-birini əvəz edir
və çirkinlik gözəlliyi dənizə, üzməyə dəvət edir.
Gözəllikdə onun xətrinə dəyə bilmir və razı olur.Gözəllik
və çirkinlik geyimlərini çıxardır və üzməyə
başlayırlar.Təbii çirkinlik yenə bir pislik edəcək,dənizdən
çıxır və gözəlliyin geyimlərini geyir. geyimlərini qoyur və
oradan sürətlə uzaqlaşır. Gözəllik də müəyyən bir
müddətdən sonra dənizdən çıxır və görür ki, geyimləri
oğurlanıb və yalnız geyə biləcəyi geyimlər çirkinliyin
geyimləridi. Gözəllik çirkinliyin geyimlərini geyir və oradan
uzaqlaşır……
Bax o gündən bəri insanoğlu gözəlliklə çirkinliyi hər vaxt
bir-birinə səhv salar olmuşdur. Lakin qəlb gözləri açıq
olanlar hər gözəlliyin içindəki çirkinliyi və hər çirkinliyin
içindəki gözəlliyi görür.
Cəmi 2190 nəfər oxuyub
Bəyənən (624) | Bəyənməyən (336)
Dostlarınla Paylaş

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023