Heyatın saysız oyunlarından biri

Heyatın saysız oyunlarından biri


Oyandığında daha altının yarısı idi və içindəki səbəbini
belə bilmədiyi bir sıxıntı onu yatmağa
qoymamışdı.Çarpayıdan qalxdı əlini ürəyinin üzərinə
qoyub pəncərədən çölə baxdı. Küçə hələ işıqlanmamışdı.
Bir saat sonra küçə işıqlanacaq və dərhal pəncərəsinin
qabağındakı ağaca quşlar qonacaq. Mətbəxə getdi, özünə
sadə bir qəhvə süzüb ağ kreslosuna oturdu. Qəhvəsindən
bir qurtum alıb təkrar pəncərənin qabağına getdi.
Pərdənin kənarından küçəni seyr etdi. İçindəki onu
yatmağa qoymayan və narahat edən sıxıntının səbəbəni
hələ də anlaya bilmirdi.Nə etsə xilas ola bilərdi bu
sıxıntıdan? Düşünməyə başladı. Boş-boş yaş yollara
baxırdı ki, zəngli saatın səsini eşitdi. Saat yeddi olmuşdu.
Qəhvəsi də buz kimi idi. Otağına gedib hazırlanmağa
başladı. Çətinliklərlə dolu bir iş günü onu gözləyirdi.
Evden çıxdı. Yollar yaş idi və hava yüngül sisli idi. Günəş
buludların arasından çıxmağa çalışırdı, amma bacara
bilmirdi. Buludlar günəşin qarşısında qalın bir divar
hörmüşdü. O bütün bunlara vecinə almadan ofisinə doğru
irəliləyirdi. İçindəki səbəbsiz sıxıntı artıq canını sıxmağa
başlamışdı. Onu içindən atmaq, xilas olmaq istəyirdi.
İşləmək yaxşı olmuşdu. Başındakı sual işarələri onu bir
müddət də olsa rahat buraxmışdı. Biraz rahatladı.
İçindən bir səs ona evə getməməsini söyləyirdi. O da elə
etdi. Sadə bir qəhvə süzüb komputerinin qabağına keçdi.
Pişiyi yadına düşdü. Evə getmək üçün yola düşdü. Birdən
bir səs eşitdi bütün cəsarətini toplayıb arxasına döndü,
ancaq sis çox olduğundan heç bir şey görə bilmirdi.
Arxasından ayaq səsləri eşitdi, qorxdu. Evinə tərəf
qaçmağa başladı. Evə girdi və pəncərənin qabağına
getdi. Aşağıya baxdı bir adam ona baxırdı. Qorxdu
[1] 2 >>
Cəmi 2022 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024