Xestexanada

Xestexanada


Xəstəxanada eyni palatada iki ağır xəstə yatırdı. Bunların
birinin çarpayısı pəncərənin önündə, digəri isə qapının
yanında idi. Qapının yanında yatan, bir gün pəncərənin
önündə yatandan, çöldə nə gördüyünü soruşur. İkinci
xəstə, sanki canlanır:
-Ooooo! – həvəslə ikinci xəstə səsləndi. – Mən
heyvanlara, müxtəlif əşyalara bənzər buludlar görürəm
səmada, çay görürəm, meşəlik görürəm.
Hər gün pəncərə önündə yatan xəstə digərinə
pəncərədən çöldə nə baş verdiyini danışırdı. O, çayda
balıq tutanlardan, əl-ələ tutub gəzən sevgililərdən,
oynayan uşaqlardan danışırdı.
Qapının yanında yatan xəstə bütün bu nağıl kimi
gözəlliklərə qulaq asır və öz özlüyündə fikirləşirdi: “Bu
haqsızlıqdır. Niyə onu pəncərə qarşısında yatızdırırlar,
məni isə bu cansıxıcı qapıya baxmağa vadar edirlər?!”
Günlərin bir günü, pəncərə önündə yatan xəstə,
öskürməyə, boğulmağa başladı. Hər iki çarpayının
başında, tibb bacılarını çağırmaq üçün zəng düyməsi var
idi. Nə qədər etdisə, əlini zəngə uzada bilmədi. Qapının
yanında yatan isə bu hadisəyə baxaraq, öz çarpayısının
başındakı zəng düyməsinə əl belə uzatmadı. Pəncərə
qarşısında yatan xəstə, boğazını tutub, boğuldu və öldü.
Rəhmətə gedənin palatadan çıxaranda, qapı qarşısında
yatan xəstə tibb bacısından xahiş etdi ki, onun yerini
pəncərə qarşısına keçirsinlər. Bu onun çoxdankı arzusu
idi, elə bu səbəbdən o palata yoldaşı boğularkən çağırış
düyməsini basmamışdı, köməyə heç kimi çağırmamışdı.
Ancaq… yerini pəncərə qarşısına keçirəndən sonra, o çölə
boylandı. Hələ otaqdan çıxmayan tibb bacısına çox titrək
səs ilə dedi.
- Axı bu necə ola bilər. Burada yatan, ölməmişdən qabaq
mənə hər gün çöldə
[1] 2 >>
Cəmi 2287 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023