İki çütlük

İki çütlük


Çox qədim zamanlarda bir varlı oğlan
yaşayırdı. Günlərin bir günü bu oğlan bir
gənc qıza möhkəm aşiq olur. Bir az
keçəndən sonra oğlan aşiq olduğu qıza
evlənmək təklifini verir. Lakin qızın bir
qüsuru var idi: onun bir əli şikəst idi.
Buna görə qızcığaz oğlandan utanırdı və
gecə-gündüz Allaha ona şəfa verməsini
dua edirdi. Mərhəmətlilərin ən
mərhəmətlisi olan Allah da onun dualarını
qəbul edir və möcüzə baş verir. Qızın
şikəst əli sağalır. Qız sevincək halda
oğlana razılığını bildirir və onlar evlənirlər.
Bir gün cavan cütlük mehribancasına
evlərində nahar edirdilər. Bu zaman evin
qapısına bir dilənçi yaxınlaşır və ev
yiyələrindən ona yardım etmələrini
yalvarır. Bunu eşidən kimi, qız iki dilim
çörəyi götürüb dilənçiyə vermək istəyir.
Lakin əri ona bunu etməyə icazə vermir.
Qız fikirləşir ki, əri xəsislik edir və buna
görə gözləri yaşla dolur. Elə bu an əri ona
belə deyir: «İki dilim çörək çox azdır, ona
bir qab dolu yemək ver». Qız sevincək
yeməyi dilənçiyə verəndə təəccübündən
donub-qalır. Çünki həmin şəxs onun
birinci əri idi. Bu insan vaxtilə çox varlı,
adlı-sanlı adam idi, lakin o qədər xəsis idi
ki, sonda dilənçilik etmək
məcburiyyətində qalır. Qız yeməyi verib,
bikef halda oturur və həyat yoldaşına öz
acı hekayəsini danışır: «Birinci ərim çox
xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi
gəldi, mən də ona bir toyuq verdim, içinə
də qiymətli üzüyümü qoydum. Ərim evə
qayıdanda bundan xəbər tutdu və
qəzəblənərək məndən boşandı, hələ üstəlik,
şəhərdən qovub əlimi kəsdi». Bütün buna
heyrətlə qulaq asan oğlan dözməyib
ağlayır. Qız bunun səbəbini soruşanda,
oğlan belə deyir: «Üzüyü verdiyin həmin
dilənçi mən idim. Və məhz bu üzük
vasitəsilə mən varlandım.
Cəmi 2100 nəfər oxuyub
Bəyənən (581) | Bəyənməyən (297)
Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023