Qızın oğlana xeyaneti

Qızın oğlana xeyaneti


Bilirsən...?
Mən sənə xəyanət edirdim.
Həmişə...
Bilməzdim xəyanət belə şirin olarmış...
Məni günahlandırmağa haqqın yoxdur.
Bütün sənin hərəkətlərinin qarşılığında
bunları edirdim.
Hər dəfə...
Elə bir gün, ay olmayıb ki, sənə xəyanət
etməyim....
Düşünürsən səni sevmədiyim üçün
xəyanət edirim sənə?
Yox,əsla...
Elə səni sevdiyim üçün hələ də xəyanət
edirəm sənə. Yoxsa, çoxdan çıxıb
getmişdim səndən. Bilmək istərdinmi
kimlərlə xəyanət etmişəm sənə? Yadına
sal, azmı ağlatdın məni? Göz yaşlarımda
boğularaq qaçdım...
Hər ağladığımda göz yaşlarımı qurutmaq
üçün yay fəslinə qaçdım...
Üşüdüyümdə məni isidirdi, göz yaşlarımı
qurudurdu...
Qızmar günəşin işığı qaranlıq dünyamı
işıqlandırırdı...
Yadına sal, azmı qışqırırdın üstümə? Hər
sözün bir alov olub ürəyimi yandırırdı. Od
tutub alışıb yanırdı ürəyim. O zaman mən
payız fəslinə qaçırdım...
Yaralarımı sərinlədərdi, yağışın damcıları
ilə söndürərdi içimdəki o alovu...
Sakitlik tapardım, rahatlıq tapardım...
Yadına sal...
Azmı deyirdin ayrıldıq, hər şey bitdi,
gedirəm...? O zaman bilmirdim sevinim,
gülüm, yoxsa ağlayım? Belə olduqda mən
bahar fəslinə gedirdim...
İlıq təbəssüm bəxş edirdi mənə. Heçnə
düşünmədən gülümsəməyi öyrədirdi
mənə...
Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz...
Bax sənə hər zaman fəsillərlə xəyanət
edirdim. Fəsillərlə yaşayırım. Bir tək heç
zaman qış fəslinin yanına getmədim...
Əvvəllər ora səninlə getməyi
arzulayardım. O ağ bəyaz qar gəlinliyim
olacaq deyə...
Amma artıq qərara gəldim qış tək
gedəcəyəm. Artıq sənin yox, mən
azadlığın nişanlısıyam.
Cəmi 2194 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023