Bir insanın yaxşılığı

Bir insanın yaxşılığı


Soyuq bir qış gecəsində evə dönərkən,
sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola
çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr
etdim. Yaşı 30-dan çox olardı.
Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə
təmiz idi.
Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki
içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib
gülürdülər.
Yavaşca yanına gedib:
— Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı?
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
— Xəstəyəm!..
Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi
gözləməyə başladım.
Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış
və yavaş-yavaş
buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə
itlərinin xaricində bir həyat əlaməti qalmamışdı.
Avtomobil tapmaqdan ümidimi kəsdiyim sırada, yanımda
bir taksi dayandı.
Sürücüyə vəziyyəti izah edərək tələsməmiz lazım
olduğunu söylədim.
Xəstəmizi arxa kresloya yatırdaraq xəstəxanaya apardıq
və köçürülən sistem qurtarana qədər başında gözlədik.
Növbətçi həkim, xəstəni heç olmasa donmaqdan
qurtardığımızı ifadə edir, gənc adam isə,
hələ danışa bilmədiyi üçün, bizə baxıb gülümsəməklə
kifayətlənirdi.
Sürücü də yanımda idi. Xəstəmiz bir müddət sonra özünə
gəldi.
Onu təkrar avtomobilə mindirib evinə apardıq.
Xəstəmizin yoldaşı, onun tez-tez şəkər komasına girdiyini
bildiyindən dəhşətli
bir çaxnaşmaya düşmüşdü və oğulunu da götürərək
küçəyə çıxmışdı.
Bizi görüncə qaçaraq yanımıza gəldilər və böyük bir
sevinc içində qucaqlaşdılar.
Saatlarla sürən yorğunluğumuzdan əsər belə qalmamış,
bizə necə təşəkkür
edəcəyini çaşan o ailənin xoşbəxtliyi
[1] 2 >>
Cəmi 2078 nəfər oxuyub
Bəyənən (529) | Bəyənməyən (340)
Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023