Bu gün 16 məqalə əlavə olundu

Geniş Kitabxana
3 dostun ehvalatı
Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu vardı.
Dostlarından ikisini daha çox sevər, onlarla tez-tez
görüşər, çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-
gec yadına düşərdi.
Bir gün şəhərin Baş Hakimi Fanini yanına çağırdı. Fani
Hakimdən çox qorxduğu üçün dostlarından birinin onunla
getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə
birinci - ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu
üzünü turşutdu və çox zəngin bir məclisə dəvət aldığını
və buna görə onunla gedə bilməyəcəyini söylədi. Fani
bundan sonra ikinci - ən sevdiyi dostunun yanına getdi
və ondan onunla getməsini xahiş etdi. Dostu bir az
tərəddüddən sonra bu xahişi qəbul etdi və onunla getdi.
Məhkəmə qapısına çatanda isə ayaq saxladı və dedi:
"Bağışla, mən bundan sonra gələ bilməyəcəyəm, çox
qorxuram. Sən özün tək getsən, daha yaxşı olar". Fani
əlacsız məhkəmə qapısından tək içəri daxil oldu. Hakim
onu bu günə qədər etdiyi işlərə görə sorğuladı. Elə bu
vaxt Faninin gözləmədiyi anda üçüncü dostu onun
köməyinə gəldi və elə şeylər danışdı ki, Hakim Faninin
günahlarını bağışladı.
Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar
daşı, Hakim isə uca Allahdır. Birinci dost bu həyatda ən
çox sevdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o
biri dünyaya apara bilmərik. İkinci dostumuz yaxın
qohum-əqrabımız, dost-tanışlarımızdır. Onlar da bizimlə
yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri tərəfə
bizimlə gedə bilməzlər. Üçüncü gec-gec xatırladığımız
dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq
olan bu fani dünyada etdiyimiz yaxşılıqlardır.
. Üçüncü dostunuza daha çox diqqət yetirin. Çünki bizə
ən çox onun faydası toxunacaq!
Cemi 1039 nefer oxuyub
Beyen(349) | Beyenme(173)
Paylaş:
Dostlarınla Paylaş

Logo
3 dostun ehvalatı - Hekayələr | Tatli.Biz
3 dostun ehvalatı məqaləsini oxumaq üçün daxil olun
3 dostun ehvalatı, Hekayələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 42 nəfər


©Tatli.Biz 2010-2020