Sevgi Allahın öz ruhundadır

Sevgi Allahın öz ruhundadır


Sevgi Allahın öz ruhundandır və O görmək istədiyi həqiqi
sevgini öz yanında əbədiləşdirər.”
Dərdli dünyamın dərd ortağı, ən yaxın dostum olan
gündəliyi açdım və yenə hislərimi paylaşmaq istəyi ilə
yazmağa başladım:
“Bəzən sənsizlikdə boğuluram. Sanki, bir dənizdəyəm,
qurtuluşum gözlərindir. Yox, yox, elə o gözlərindi məni
içinə alan. Bir anlıq baxışın belə yetir məni bu dünyadan
ayrmağa. Sevirəm səni, özümdən xəbərsiz. Sənsizlik
cismimə yox, ruhuma ağırlıq verir. Çox zaman elə
düşünürəm ki, sən mənimsən, sən də sevirsən məni
məndən xəbərsiz. Xəyallarda yaşayıram mən.
Reallıqlardan qaçıram, arxama baxmadan. Sanki o reallıq
məni öldürmək istəyən bir varlıq, mən isə kiçik qəlbli,
ürkək bir sevgi. Səni arzularda yaşadan, sənsizliyi qəbul
etməyən biri.Bəzən yaxalayır bu gerçəklər məni,incidir,
sənsizliyi düşünməyə vadar edir. Nə deyim sevgilim, səni
ölümünə sevirəm”
Yenə halım dəyişdi. Dağıldı beyin hüceyrələrim. Otağımın
küncünə sıxıldım, əllərimlə başımı sıxıram. Sanki dəli
olacam, sanki kimsə böyük əlləri ilə qəlbini tutub sıxır.
Çəkə bilmirəm qanlı əllərini üstümdən. Qışqırmaq
istəyirəm bir anlıq. Amma bacarmıram, başlayıram səssiz
ağlamağa. Çox utanıram məni biri duyacaq deyə. Bu
zaman bir zəng gəlir telefonuma.Güclə baxıram telefona,
odur, sevdiyimdir. Bilmirəm nə edim. Ay Allah, ürəyim
duracaq indi. Özümü bir təhər əla alıb cavab verirəm
zəngə:
“Alo. Salam Ayid. Necəsən?”
Səsim tutulur,bir şey deyə bilmirəm, yenidən başlayıram
ağlamağa. Amma bu dəfə sevicdən.
“Alo, alo. Nə olub sənə?”
Özümü ələ alıb
“Sağ ol, sən necəsən? Yaxşı. Vaxtın varsa uşaqlıqda
oynadığımız parka gələ bilərsən? Əlbəttə”
deyib, sağollaşıram. Bir tərəfdən yenə onu
[1] 2 3...5 >>
Cəmi 3079 nəfər oxuyub
Bəyənən (756) | Bəyənməyən (438)
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024