Bu gün 13 məqalə əlavə olundu

Geniş Kitabxana
Axı nə verəcək bu sevgi bizə...
Sən oyaq görürsən yuxunu hələ,
Yatdınmı?…
Qorxulu həqiqət gəlir,
Sən mələk bilirsən çoxunu hələ,
hələ ki, şeytanlar üzünə gülür…
Düşmüsən gözümə gur işıq kimi ,
Gözlər var, işıqdan qamaşa
bilmir.
Əyyaş var yaşayır sarmaşıq kimi,
Sevən var, ömründə sarmaşa
bilmir…
Aydın gözlərində duru göz yaşı…
Vaxt gələr, fəryada bulana bilər…
Qayıt!…
Ətəyindən boşalt bu daşı,
İlan xislətini unudan qolum
Amandır, boynuna dolana bilər…
Kül altında yatan ocaq kimiyəm,
Sən mənim ömrümə əsən bir
külək…
İndi, vaxtsız gələn qonaq
kimiyəm,
Ancaq öz kisəmə göz dikəm
gərək…
Üfüqə baş qoyur mürgülü günəş,
Bu günün sehirli gecəsi gəlir.
Qoşa sərnişinlə səyyar evlərtək
Sahilə gizlincə dönən maşının
Gör necəsi gedir,
Necəsi gəlir…
Mənə nə desələr indi yeri var,
Hər baxış qəlbimə sancılan
oxdur.
Hər düşən axşamın bir səhəri
var…
Bizim gecəmizin səhəri yoxdur…
Axı nə verəcək bu sevgi bizə ?!
Nə qədər gec deyil, get evinizə…
Cemi 1174 nefer oxuyub
Beyen(324) | Beyenme(145)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Axı nə verəcək bu sevgi bizə... - Nüsrət Kəsəmənli | Tatli.Biz
Axı nə verəcək bu sevgi bizə... məqaləsini oxumaq üçün daxil olun
Axı nə verəcək bu sevgi bizə..., Nüsrət Kəsəmənli, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 53 nəfər


©Tatli.Biz 2010-2020