Bir qəribəlik var - Qəmli Notlar


Geniş Kitabxana
Bir qəribəlik var
Bir qəribəlik var içimdə. Bir tufan kimi sakitlik. Bir vulkan kimi soyuqluq.
Qəribə buludlar var çox susqunlar içləri dolu, amma ağlamırlar, yağmır yağışlar.
İçimdə bir tüstü var kül səhralarında od olmadan. Bir qəribəlik var.
İllər var oralar da saniyələrcə, amma zamansız, vaxtı dayanmış. Bir keçmiş var yaşanmamış.
Bir şəkil var simasız, rəngli, amma çəkilməmiş.
Bir divar var kərpiclərlə hörülmüş, amma tikilməmiş, ustasi ölmüş.
Cavabsız suallar, sualsız imtahanlar içi boş yazılı kitablar. Bir çətinlik var çox asan bir də yalanlı düzgünlük.
Bir inanc bir din var üsyan dolu şükürlər var inandığıma.
Dinlədiyim bəstəsi olmayan melodi, notsuz, oxuyan lal birisindən.
Düşünülməmiş xəyallar olmayan reallıq. Bir kədər var gülümsədən bir sevinc var ağladan.
Bir qəribəlik var. Oynanılmamiş bir rol, yaşanmamış bir səhnə, uydurulmamış senari var.
Bir film var içimdə ağlı-qaralı fonda. Ulduz görməyi istəyən gündüzlər, günəşi özləyən gecələr var.
Etrafımda insan dolu tənhalıq var. Döyüşü olmayan müharibələr, qalibsiz.
Fəsili olmayan hisslər, hissiz duyqular, sözlər var heç kimə deyilməmiş.
Danışdırmadan, tanımadan kimlərəsə dediyim əlvidalar. Məni sevdi, mən sevdiyim, sevgi yoxdu,
bir dostum var, görmədiyim, toxunuş qədər yaxındı, özgəlik qədər uzaq. Adı onun tənhalıq.
Məzar da belə yol yoldaşım ən vəfalım. Mənə bir cümləsi var əmanət.
Göydəki cəhənnəmdən qorxmaq deyil həyat. Həyat yerdəki cənnətdən qorxmaqdı.
Unutma bu qəribəliyimi !
Cemi 2210 nefer oxuyub
Beyen(531) | Beyenme(355)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Bir qəribəlik var məqaləsini oxumaq üçün daxil olun


Bir qəribəlik var, Qəmli Notlar, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Bir qəribəlik var - Qəmli Notlar

Saytda 73 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021