Ağıllı qoca

Ağıllı qoca


Atasını yerə qoyub bir qədər dincini almaq istədi. Ancaq, acgöz quşlar dövrə vurub, ata və oğulun başı üstə hərlənir, İbrahimin aralanmasını gözləyirdilər. Qoca acgöz quşlara baxıb oğluna dedi:
-Get, oğlum, get, sənə can sağlığı. Ancaq səbəti də aparmağı unutma.
İbrahim cavab verdi:
-Ata, mən anamı bu səbətlə gətirmişdim, evimizdə axırıncı qoca sən idin, səni də ki, gətirmişəm. Daha səbət nəyimizə lazımdır?
Qoca dedi:
-Yox, oğul, axı sənin də oğlun var. O böyüyəcək, sən isə qocalacaqsan. Bir vaxt o da bu səbətlə səni gətirib quşlara yem edəcək. Apar, oğul, apar, o səbət sənə də qismət olacaq.
İbrahimin bütün varlığı titrədi. Elə bil qəflət yuxusundan ayıldı. Birdən atasını qucaqlayıb qışqırdı:
-Yox, ata, yox, mən səni bu vəhşi quşlara yem etməyəcəyəm. Mən səni saxlayacağam.
O, daşla, ağacla quşları qovdu. Gördü ki, qayanın dibində bir mağara var. İbrahim atasını həmin mağaraya qoyub dedi:
-Ata, sən burada yaşa, mən sənə yorğan-döşək, hər gün də yemək-içməyini gətirəcəyəm.
İbrahim mağaranın ağzına daş düzdü. Daşların arasından içəri işıq düşürdü. O, dediyi kimi də elədi. Atasının yemək-içməyinə yaxşı fikir verirdi.
Günlərin bir günündə şəhərə gələn suyun başında əjdaha peyda oldu. Əjdaha suyun qabağını elə kəsmişdi ki, şəhərə bir damcı su gəlmirdi. Onun əlindən bütün camaat zara gəlmişdi. Əjdaha ilə pəhləvanlar nə qədər vuruşa gəlsələr də ona qalib gələ bilmədilər. Padşah car çəkdirib elan etdi ki, hər kim əjdahanı ya öldürsə, ya da torpaqdan qovsa, onu dünya malından qəni edərəm. Hər kim bu işə girişdisə, əjdaha ağzından püskürdüyü alovla onu külə döndərirdi. Daha heç kəs onunla üz-üzə gəlməyə cürət edə bilmirdi.
Sənə kimdən xəbər verim İbrahimdən. İbrahim yemək
<< 1 [2] 3 4 >>
Cəmi 2484 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024